27 
Apr
2022
14:42
146
9
4605
Virtual karabakh

Azərbaycanda nazirliklərdən birinin büdcəsi kəskin azaldılıb

27 Apr, 2022
14:42
4605

Azərbaycanda nazirliklərdən birinin büdcəsi kəskin azaldılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİİN) gəlirləri 26,959 milyon manat təşkil edib.

Nazirlikdən verilən xəbərə görə, bu, 2020-ci illə müqayisədə 2,4 dəfə azdır.

RİİN-in ötənilki gəlirlərinin 16,895 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, illik müqayisədə 3,6 dəfə azdır. Hesabat dövründə nazirlik birja əməliyyatlarından 9,866 milyon manat (2,3 dəfə çox), sair əməliyyatlardan isə 198 min manat (əvvəlki il olmayıb) gəlir əldə edib.

2021-ci ildə RİİN-in xərcləri də 2,4 dəfə azalaraq 26,826 milyon manat, o cümlədən əməkhaqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 4,6 % artaraq 5,953 milyon manat, maliyyə yardımı və sair transferləri üç dəfə artaraq 20,123 milyon manat, sərf etdiyi materialların dəyəri 30,1% azalaraq 51 min manat, amortizasiya xərcləri 1,9 % artaraq 106 min manat, sair əməliyyat xərcləri isə 58% artaraq 594 min manat olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri