30 
Apr
2022
23:50
58
155
10201
Virtual karabakh

Bina evində yaşayanlar üçün VACİB XƏBƏR - VİDEO

30 Apr, 2022
23:50
10201

Bina evində yaşayanlar üçün VACİB XƏBƏR - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əksər çoxmənzilli binaların zirzəmi sahəsi qaraj kimi bina sakinlərinə satılır. Hətta, bəzi hallarda bu sahələr bina sakinlərinə icarəyə də verilir. Bəs qanunla bu, nə qədər doğrudur? 

Oxu.Az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb.

Əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı deyir ki, çoxmənzilli binalarda zirzəmi 1 mərtəbədən ibarətdirsə, bu, texniki mərtəbə hesab olunur və bu mərtəbə sırf təhlükəsizlik üçün nəzərədə tutulur.

Ekspertin sözlərinə görə, texniki mərtəbələrin qaraj sahəsi kimi bina sakinlərinə satılması və bu məqsədlə hər hansı sənədin verilməsi qanunsuzdur.

Mənzil Məcəlləsinin müvafiq maddəsinə görə, mülkiyyətçilərin birgə istifadəsinə aid olan sahələr onsuz da bina sakinlərinə məxsus olduğundan əlavə ödəniş etmələrinə ehtiyac yoxdur.

Ekspertin sözlərinə görə, bu kimi problemlərdən yaxa qurtarmağın yeganə yolu sakinlərin özlərinin binanın idarəetməsini əllərinə almaları və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini qurmalarıdır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri