May
2022
14:00
26
160
4006
Virtual karabakh

Avropanın ikiüzlü siyasəti - VİDEO

6 May, 2022
14:00
4006

Avropanın ikiüzlü siyasəti - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Qazprom” şirkəti Ukrayna ərazisi ilə Avropaya qazın tranzitini davam etdirir. 

Tədarük həcmi maksimum səviyyədə qalır. Bunu “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov deyib. 

Onun sözlərinə görə, şirkət Avropadan olan istehlakçıların müraciətlərinə uyğun olaraq, Ukrayna ərazisi ilə müntəzəm rejimdə qaz nəql edir. Hətta Avropa ölkələrinin qaz tələbi getdikcə artır.

Bəs əraziləri Rusiya tərəfindən işğal edilən və bu işğala dirənən Ukrayna nə üçün hələ də Rusiya  qazının Avropaya nəqlinə mane olmur? 

İqtisadçı Nəriman Yaqubovun sözlərinə görə, Ukraynanın da beynəlxalq müqavilələr çərçivəsində öz öhdəlikləri var, qazın axınını istədiyi kimi saxlaya bilməz. Bu, Ukraynanı da, avropalı tərəfdaşlarını da çətin vəziyyətə sala bilər. 

İqtisadçı əlavə edib ki, qısa müddətdə Rusiya qazının tranzitinin saxlanılması çətindir. Bu səmimiyyətsizlikdən çox, iqtisadi maraq və məcburiyyətlərdən irəli gəlir. 

Qeyd edək ki, burada tək tərəf Ukrayna deyil. Ekspertlərin fikrincə, rəsmi Kiyevin Avropadakı tərəfdaşları rus qazından imtina etməyə hələ ki hazır deyil.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri