13 
May
2022
12:42
16
169
1770
Virtual karabakh

Müharibə Ukraynaya nə qədər zərər vurub?

13 May, 2022
12:42
1770

Müharibə Ukraynaya nə qədər zərər vurub?

Rusiya ilə müharibə zamanı Ukraynanın infrastrukturuna dəymiş - sənədləşdirilmiş zərərin məbləği 2,8 trilyon qrivnaya və ya 94,3 milyard dollara çatıb.

Təkcə son bir həftədə bu məbləğ 2,4 milyard dollar artıb. Yeni hesablamalara neft bazaları üzrə hesablamalar da əlavə edilib - 27 neft bazasının dağıdılması nəticəsində dəymiş ziyan 227 milyon dollar təşkil edib.

Bu barədə Kiyev İqtisadiyyat Məktəbinin mayın 10-na olan məlumatlarında qeyd olunur.

Hesablamalar “Rusiya ödəyəcək” layihəsi çərçivəsində aparılır.

Ümumilikdə, müharibə nəticəsində 31 milyard dollar dəyərində 35,2 milyon kvadratmetr mənzil fondu dağıdılıb və ya zərər görüb. Əvvəlki hesablamalarla müqayisədə bu rəqəm təxminən 1,3 milyard dollar artıb.

Mənzil fondunun dağıdılmasından ən çox Mariupol, Xarkov, Çerniqov, Sumı və Rubijne zərər çəkib. Təkcə Mariupolda itkilər 9,9 milyard dollar, Xarkovda isə 7,1 milyard dollar olaraq qiymətləndirilir.

Ukraynanın ümumi itkiləri 564-600 milyard dollar təşkil edir.

Rəsmi Kiyev fevralın 24-dən hərbi məqsədlər üçün 8,3 milyard dollar ayırıb.

Ukrayna Maliyyə Nazirliyi aprelin əvvəlində bildirib ki, ölkədə bir aylıq döyüş əməliyyatları təxminən 10 milyard dollara başa gəlib.

Mənbə: Obozrevatel

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri