18 
May
2022
09:49
101
49
738
Virtual karabakh

Orxan Məmmədov: “Qadınların sahibkarlıq sahəsində inkişafına dəstək vermək bizim üçün önəmlidir”

18 May, 2022
09:49
738

Orxan Məmmədov: “Qadınların sahibkarlıq sahəsində inkişafına dəstək vermək bizim üçün önəmlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad edilən ərazilərimizdə bir sıra infrastruktur layihələri icra olunub. Sahibkarlardan bizə Qarabağla bağlı 1500-ə yaxın müraciət daxil olub”. 

Oxu.Az xəbər verir ki, bu sözləri KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən “SHE 2022” konqresində çıxışı zamanı deyib.

O bildirib ki, bu istiqamətdə bir sıra infrastruktur layihələri icra olunub:

“Layihələr həyata keçirildikcə biz bu barədə məlumat verəcəyik. Çünki qadınların sahibkarlıq sahəsində inkişafına dəstək vermək bizim üçün önəmlidir”.

O.Məmmədov qaçqın və məcburi köçkün xanımların işlə təmin olunması və sahibkarlıq sahəsinə cəlb olunması ilə bağlı da bir sıra layihələr həyata keçirildiyini qeyd edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri