21 
May
2022
18:38
97
21
746
Virtual karabakh

Ötən il dövlət büdcəsinin kəsiri proqnozdan dəfələrlə az olub

21 May, 2022
18:38
746

Ötən il dövlət büdcəsinin kəsiri proqnozdan dəfələrlə az olub

Ötən il dövlət büdcəsinin gəlirləri 26 milyard 396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8% çox, xərcləri 27 milyard 422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9% az olub. Dövlət büdcəsinin kəsiri 1 milyard 026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1% az olub.

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası” haqqında hesabatda bildiirlib.

Sənədə əsasən, dövlət büdcəsinin gəlirləri 2020-ci ilin dövlət büdcəsinin faktiki gəlirləri ilə müqayisədə 1 milyard 714,5 milyon manat və ya 6,9% çox icra olunub. Büdcə gəlirlərinin ÜDM-də xüsusi çəkisi 28,4% təşkil edib.

Büdcə gəlirlərinin 8 milyard 529,2 milyon manatı və ya 32,3%-i İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə, 4 milyard 343 milyon manatı və ya 16,5%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11 milyard 350 milyon manatı və ya 43%-i Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 2 milyard 174,1 milyon manatı və ya 8,2%-i digər gəlirlər üzrə daxilolmaların (880 milyon manatı Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfertin, 250 milyon manatı Mərkəzi Bankının mənfəətindən ayırmaların, 612,9 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların, 16,2 milyon manatı dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların və 414,9 milyon manatı sair daxilolmaların) payına düşür.

Ötən il dövlət büdcəsi ilə 28 milyard 543 milyon manat məbləğində təsdiq olunmuş xərclər 96,1% və ya 27 milyard 422,4 milyon manat məbləğində icra olunub (2020-ci illə müqayisədə 1 milyard 006,1 milyon manat və ya 3,8% çox). 2021-ci il dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 29,5 % təşkil edib (2020-ci illə müqayisədə 6,9 faiz bəndi azdır).

Strukturuna görə 2021-ci il dövlət büdcəsi xərclərinin 16 milyard 588,4 milyon manatı və ya 60,5%-i cari xərclərə (2020-ci illə müqayisədə 68,5 milyon manat və ya 0,4% az), 8 milyard 635,2 milyon manatı və ya 31,5%-i əsaslı xərclərə (2020-ci illə müqayisədə 602 milyon manat və ya 7,5% çox), 2 milyard 198,8 milyon manatı və ya 8%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci illə müqayisədə 472,6 milyon manat və ya 27,4% çox) yönəldilib.

2020-ci illə müqayisədə dövlət büdcəsinin xərclərinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 1,1 faiz bəndi, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 1,5 faiz bəndi artıb, cari xərclərin xüsusi çəkisi isə 2,6 faiz-bənd azalıb.

Dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsinə, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin büdcə təşkilatları, büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişləri əsasında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tam və vaxtında maliyyələşdirilməsinə nail olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri