28 
May
2022
09:56
236
11
919
Virtual karabakh

Fuad Oktay: “Azərbaycanla ticarət dövriyyəsinin 15 milyard dollara çatmasına çalışırıq”

28 May, 2022
09:56
919

Fuad Oktay: “Azərbaycanla ticarət dövriyyəsinin 15 milyard dollara çatmasına çalışırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Baş nazir Əli Əsədovla həmsədrlik etdiyim Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyası ilə ticarətdən nəqliyyata, enerjidən sənayeyə qədər 15 milyard dollarlıq hədəfə doğru addımlar atılır. Bir çox sahələri əhatə edən fəaliyyət planları həyata keçiririk. Bu il 10-cu toplantımızı keçirəcəyik”.

“Report” xəbər verir ki, bunları Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.

Fuad Oktay vurğulayıb ki, Türkiyə Prezidenti məhz Müstəqillik Günündə Azərbaycana səfər edəcək:

“Texnologiya məşəli ilk dəfə Anadoludan xaricdə alovlandı və festival Azərbaycanda başladı”.

“Azərbaycan bizim üçün daim can Azərbaycandır. 100 il öncə necə idisə, bu gün də eyni şəkildə könül birliyi içindəyik”, - Fuad Oktay əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri