İyn
2022
15:36
74
21
5549
Virtual karabakh

Azərbaycanda ən çox hansı avtomobillər satılıb? - SİYAHI

3 İyn, 2022
15:36
5549

Azərbaycanda ən çox hansı avtomobillər satılıb? - SİYAHI

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 33 rəsmi avtomobil dileri vasitəsilə 3 111 ədəd yeni avtomobil satılıb.

“APA-Economics”in məlumatına görə, satışların həcmi üzrə “Toyota” yenə liderliyini qoruyub.

Azərbaycanda Yaponiya avtomobil markası üzrə bu ilin dörd ayında 739 avtomobil satılıb. Satışların həcminə görə, Cənubi Koreya markaları “Hyundai” ikinci (578 ədəd) və KİA isə üçüncü (345 ədəd) olub.

Rusiyadan avtomobillərin idxalı ilə bağlı problem yaşayan “Lada” aprel ayında satış həyata keçirməsə də, marka əvvəlki ayların satışlarına görə siyahıda dördüncü olmağı bacarıb və ümumi satışların həcmi 268 avtomobil təşkil edib.

Fevral və mart aylarında realizasiyası azalan “Mitsubishi” isə aprel ayında satışlarını artıra bilib (187 ədəd) və ümumi siyahıda ilk beşliyə daxil olub.

2022-ci ilin yanvar-aprel aylarında ən az satılan avtomobillər isə “Genesis”, “Jaguar” və “Alfa Romeo” olub. Bu markalar üzrə cəmi bir avtomobil satılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri