İyn
2022
13:24
197
9
1032
Virtual karabakh

Çavuşoğlu: “Ukrayna taxılının beynəlxalq bazara çıxarılması üçün plan var”

8 İyn, 2022
13:24
1032

Çavuşoğlu: “Ukrayna taxılının beynəlxalq bazara çıxarılması üçün plan var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ukrayna taxılının beynəlxalq bazara çıxarılması üçün müxtəlif ideyalar yaranıb və Birləşmiş Millətlər Təşkilatının (BMT) planı var”.

Bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Ankarada keçirilən mətbuat konfransında deyib.

“Bu baxımdan söhbət BMT, Rusiya Federasiyası, Ukrayna və Türkiyə arasında gəmilərin yoxlanılması da daxil olmaqla formalaşa biləcək mexanizmdən və əməkdaşlığı ehtiva edən plandan gedir. Biz Türkiyə olaraq bu planı məqbul hesab edir və həyata keçirilə bilən bir layihə kimi görürük”, - deyə Çavuşoğu qeyd edib.

O əlavə edib ki, hər iki ölkə, həm Rusiya Federasiyası, həm də Ukrayna bunu qəbul etməlidir.

Türkiyəli nazir həmçinin BMT-nin təklifi ilə bunun təfərrüatlarını müzakirə etmək üçün İstanbulda görüş keçirə biləcəklərini də vurğulayıb.

“Dünyanın həm Ukrayna, həm də Rusiya Federasiyasının ixrac etdiyi məhsullara ehtiyacı varsa, düşünürük ki, buna birlikdə yol açmağımız faydalı olar. Önəmli olan ortaq anlayışa əsaslanan mexanizm qurmaqdır”, - deyə Türkiyə XİN rəhbəri qeyd edib.

Mənbə: TRT Haber

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri