17 
İyn
2022
13:09
88
45
937
yuxarı
COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı
17 İyn, 2022
13:09
937
88
45
COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.
Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il iyulun 1-dək veriləcək.
Əvvəl bu müddət 2022-ci il mayın 1-dək müəyyən edilmişdi.