20 
İyn
2022
11:09
38
59
1690
Virtual karabakh

Parlamentdə büdcəyə dəyişiklik üçün müzakirələr başladı

20 İyn, 2022
11:09
1690

Parlamentdə büdcəyə dəyişiklik üçün müzakirələr başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

Oxu.Az-ın məlumatına əsasən, iclasda 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi müzakirə olunur.

İclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov da iştirak edirlər.

Qeyd edək ki, dəyişiklik layihəsində 2022-ci ilin büdcəsində gəlir və xərclərin səkkiz faizdən çox artırılması təklif edilir.

Həmçinin Azərbaycan neftinin bir barelinin qiymətinin 50 dollardan 85 dollara qaldırılması təklif olunur.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri