20 
İyn
2022
13:39
24
77
1761
Virtual karabakh

“Neftin qiyməti ilə bağlı ehtiyatlı davranırıq” - Nazirdən AÇIQLAMA

20 İyn, 2022
13:39
1761

“Neftin qiyməti ilə bağlı ehtiyatlı davranırıq” - Nazirdən AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan hökumətinin neftin qiyməti ilə bağlı məsələyə yanaşması mühafizəkardır. Biz ənənəvi olaraq neftin qiyməti məsələsində ehtiyatlı davranırıq”.

Oxu.Az-ın məlumatına əsasən, bunu maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Azərbaycan hökumətinin verdiyi proqnozlara görə beynəlxalq təşkilatlar məsuliyyət daşımır.

“Ona görə də biz ehtiyatlı davranırıq. Neftin bir bareli üçün büdcədə nəzərdə tutulan artım büdcənin gəlirlərini artırır”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu ilin büdcəsində təklif olunan dəyişikliyə əsasən, neftin proqnozlaşdırılan qiyməti 50 dollardan 85 dollara qaldırılır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri