20 
İyn
2022
18:18
446
6
2126
Virtual karabakh

Ermənistanla Rusiya arasında yüklərin daşınması kəskin bahalaşdı

20 İyn, 2022
18:18
2126

Ermənistanla Rusiya arasında yüklərin daşınması kəskin bahalaşdı

Ermənistanla Rusiya arasında yüklərin daşınması iki dəfəyə yaxın bahalaşıb. Səbəb isə tranzit qovşağı rolunu oynayan Gürcüstanın rüsumları artırması olub.

Qeyd edək ki, Gürcüstan ərazisi Ermənistandan Rusiyaya və əksinə malların tranziti üçün yeganə dəhlizdir.

Gürcüstanın qanunvericilik bülleteni saytında dərc olunan məlumata görə, artıq tranzitlə yüklərin daşınmasının qiyməti 200-dən 350 lariyə (təqribən 114 manatdan 200 manata) yüksəlib. Rüsum həm tranzitlə keçən avtomobillərə, həm də yüklərin təkrar ixracına görə artırılıb.

Ölkənin Maliyyə Nazirliyi bildirib ki, əvvəlki tarif 2010-cu ildə tətbiq edilib və 12 il ərzində Gürcüstanda yolların infrastrukturu və keyfiyyəti xeyli yaxşılaşıb.

Mənbə: Sputnik

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri