20 
İyn
2022
19:31
260
19
1999
Virtual karabakh

Azərbaycanla Özbəkistan arasında vacib sənədlər imzalandı - FOTO

20 İyn, 2022
19:31
1999

Azərbaycanla Özbəkistan arasında vacib sənədlər imzalandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanla Özbəkistan arasında keçirilən biznes forum çərçivəsində ölkələr arasında bir sıra sənədlər imzalanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində imzalanan sənədlər əqli mülkiyyət, sənaye, enerji, tikinti, turizm, ixrac və investisiyaların təşviqi, ticarət, KOB-lar və s. sahələrdə yeni əlaqələrin qurulmasına, biznes qurumlarımız arasında əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq.

Nazir vurğulayıb ki, Özbəkistan-Azərbaycan biznes forumunda ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, biznes dairələrinin əlaqələrinin genişləndirilməsi imkanlarını nəzərdən keçirilib: “Özbəkistan iş adamlarını ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət etdik”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri