23 
İyn
2022
12:26
16
215
890
yuxarı
Maliyyə naziri: “Hökumət çalışır ki, inflyasiya təzyiqləri bir qədər azaldılsın”
23 İyn, 2022
12:26
890
16
215
Maliyyə naziri: “Hökumət çalışır ki, inflyasiya təzyiqləri bir qədər azaldılsın”
“Ötən il Azərbaycanda büdcədən maliyyələşən təşkilatlarda əməkhaqlarının 20 faiz artırılması barədə sərəncamlar imzalanmışdı. Həmin sərəncamlara əsasən, bu ildə ödənişlər aparılıb”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.
O qeyd edib ki, pensiyaların indeksləşdirilməsi istiqamətində addımlar atılıb:
“Bildiyiniz kimi indeksləşmə məbləğinin qanunvericiliyə uyğun olaraq az olması nəzərə alınıb və Prezident İlham Əliyev tərəfindən əlavə maddi yardımın göstərilməsi barədə qərarlar qəbul edilib. Bununla da, hökumət çalışır ki, inflyasiya təzyiqləri bir qədər azaldılsın”.
İlhamə Əbülfət