29 
İyn
2022
13:42
107
13
1104
Virtual karabakh

Böyük Britaniya qazın Avropa İttifaqına ixracını dayandıra bilər

29 İyn, 2022
13:42
1104

Böyük Britaniya qazın Avropa İttifaqına ixracını dayandıra bilər

Kəskin qaz qıtlığı yaranarsa, Böyük Britaniya onun Avropa İttifaqına (Aİ) ixracını dayandıra bilər.

Bu barədə ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün fövqəladə tədbirlər planında qeyd edilir.

Böyük Britaniyanın qaz nəqli sistemi “Balqzand-Bakton” qaz kəməri ilə Niderlanda, “İterkonnektor” qaz kəməri ilə isə Belçikaya qoşulur. Əgər yanacaq qıtlığı yaranarsa, o zaman milli enerji şirkəti “National Grid” bu kəmərlərlə qaz nəqlini dayandırmağa məcbur olacaq. Qeyd olunur ki, Britaniya bunu etsə, enerji sahəsində beynəlxalq əməkdaşlıq tendensiyasına zərbə vuracaq.

Bu səbəbdən Avropanın qaz şirkətləri Britaniyanı Aİ ilə əməkdaşlığı pozmamağa çağırır. Aİ xəbərdarlıq edib ki, Böyük Britaniyadan qaz nəqlinin dayandırılması onun özü üçün pis nəticələnə bilər.

Mənbə: Financial Times

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri