Sen
2022
12:18
126
20
1319
Virtual karabakh

Qarabağ və Şərqi Zəngəzurda zərərli orqanizmlərdən azad zonalar yaradılacaq

5 Sen, 2022
12:18
1319

Qarabağ və Şərqi Zəngəzurda zərərli orqanizmlərdən azad zonalar yaradılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası, fitosanitar vəziyyətinin öyrənilməsi və torpaqların əkin dövriyyəsinə daxil edilməsi istiqamətində intensiv işlər görülür”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bakıda keçirilən “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda regional tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələcəkdə bu ərazilərdə zərərli orqanizmlərdən azad zonaların yaradılması nəzərdə tutulur:

“Bundan başqa, aparılan islahatlar, müasir çağırışlar nəzərə alınmaqla və beynəlxalq ekspertlərin iştirakı ilə “Bitki sağlamlığı haqqında” yeni qanun layihəsi hazırlanır. Bütün bunların Azərbaycanda və regional miqyasda bitki sağlamlığının, bununla da ərzaq təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verəcəyinə əminliyimizi bildiririk”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri