13 
Sen
2022
16:15
189
19
4784
Virtual karabakh

Maliyyə Nazirliyi Azərbaycanın Almaniyadakı səfirliyi ilə bağlı DTX-yə müraciət edib

13 Sen, 2022
16:15
4784

Maliyyə Nazirliyi Azərbaycanın Almaniyadakı səfirliyi ilə bağlı DTX-yə müraciət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Almaniyadakı Səfirliyinin 30 dekabr 2014-cü il tarixdən 1 oktyabr 2021-ci il tarixinə qədərki dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişi zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları müəyyənləşib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, aşkar edilmiş maliyyə pozuntularının ciddiliyi nəzərə alınaraq təqsirkar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədilə yoxlama materialı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri