28 
Sen
2022
20:34
78
19
1048
Virtual karabakh

İqtisadi Zonaların İnkişafı Agentliyi və Medianın İnkişafı Agentliyi birgə təlim keçirib - FOTO

28 Sen, 2022
20:34
1048

İqtisadi Zonaların İnkişafı Agentliyi və Medianın İnkişafı Agentliyi birgə təlim keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 28-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün “Sənayenin müasir üsullar və yeni texnologiyalarla inkişafı: Sənaye zonaları və aqroparklar” mövzusunda təlim təşkil olunub.

Oxu.Az xəbər verir ki, İZİA-nın Peşə Təhsil Mərkəzində keçirilən təlimdə qurumun şöbə müdirləri Emil Hacıyev və Amir Məmmədov “Sənaye zonalarında sahibkarlıq subyektinin inkişafı üçün əlverişli imkanlar, vergi və gömrük güzəştləri, rezident anlayışı və rezidentlərin qeydiyyatı proseduru”, “Kənd təsərrüfatında innovativlik: Aqroparklar” mövzularında təqdimatlar edib.

Tədbirdə mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Sonra İZİA-nın Peşə Təhsil Mərkəzinin direktoru Yadullah Babayev rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə iştirakçılara məlumat verib. 

Təlimin sonunda İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmov və Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli KİV nümayəndələrinə sertifikatlar təqdim ediblər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri