Okt
2022
10:49
160
23
1074
Virtual karabakh

KOBİA İstanbulda bir sıra görüşlər keçirib - FOTO

7 Okt, 2022
10:49
1074

KOBİA İstanbulda bir sıra görüşlər keçirib - FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti İstanbula səfər çərçivəsində Türkiyənin dövlət və özəl qurumları ilə bir sıra görüşlər keçirib. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun Türkiyənin “Getir” şirkətinin baş icraçı direktoru Hatice Evren, Anadolu Aslanları İş Adamları Dərnəyinin (ASKON) baş direktoru Orhan Aydın, Türk Girişim və İş Dünyası Konfederasiyasının (TÜRKONFED) İdarə Heyətinin sədri Süleyman Sönmez, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı, Beynəlxalq Biznes Forumun (IBF) prezidenti Erol Yarar və Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) prezidenti Nail Olpakla görüşlərində Azərbaycan və Türkiyə KOB-ları arasında əlaqələrin inkişafına, bu sahədə birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 

Həmçinin səfər zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin “CCN Group”un İdarə Heyətinin üzvü Burak Vardan və heyəti ilə görüşərək ölkəmizdə Dövlət-Özəl Sektor Tərəfdaşlığı çərçivəsində həyata keçirilə biləcək səhiyyə layihələrinə investisiya qoyuluşu imkanlarını müzakirə edib. 

Türkiyənin MNG Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Mehmet Nazif Günal ilə keçirilmiş görüşdə isə nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. 

Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbulda keçirilmiş 2-ci Türkiyə-Azərbaycan Enerji Forumunda iştirak edərək KOB-ların enerji sektorunda fəaliyyəti barədə çıxış edib. Qeyd edilib ki, enerji sektoru ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafı üçün yeni perspektivlər yaradır. Hər iki ölkədə bizneslərin 99%-ni KOB subyektləri təşkil edir və onların bir hissəsi enerji sektorunda təmsil olunur. Enerji sektorunda KOB subyektləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi ümumi ticarət dövriyyəsinin və investisiyaların həcminin artırılmasına əhəmiyyətli töhfə verə bilər.  

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri