28 
Okt
2022
23:21
333
24
2649
Virtual karabakh

Türkiyə enerji böhranı yaşayan avropalılara sərfəli “qış turları” təklif edir

28 Okt, 2022
23:21
2649

Türkiyə enerji böhranı yaşayan avropalılara sərfəli “qış turları” təklif edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin turizm agentlikləri enerji böhranı yaşayan Avropa ölkələrinin sakinləri üçün qış mövsümündə kurortlara uzunmüddətli və sərfəli turlar təklif etməyə başlayıb.

Turlar əsasən pensiya yaşında olan insanlar üçün nəzərdə tutulub. Antalyadakı turizm mütəxəssisləri də Avropadakı 150 milyon təqaüdçünün qışı isti bölgələrdə keçirmələri üçün uzunmüddətli tətil paketləri təqdim ediblər.

Belə ki, Antalyada beşulduzlu otellərdə hər şey daxil olmaqla iki aylıq yaşayış turistlərin seçimindən asılı olaraq 1000-10 000 avroya başa gələcək. İki və ya üç ulduzlu otellərdə isə bir otaq 511 avroya icarəyə götürülə bilər.

Beləliklə də bu qış enerji qiymətlərindəki artımlar səbəbindən çətin vəziyyətə düşən Avropadakı təqaüdçülər qışı evdə keçirmək əvəzinə Antalya və ya digər istiqamətlərdə 2 aylıq tətillə daha qazanclı ola biləcəklər.

Aksiyada 152 Antalya oteli, həmçinin Bodrum, Kuşadası, Marmarisdəki yerləşdirmə obyektləri iştirak edir.

Mənbə: Hürriyet

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri