28 
Okt
2022
13:33
92
56
1186
Virtual karabakh

Mikayıl Cabbarov: “Rəqabət Məcəlləsinin tez qəbul edilməsinin tərəfdarıyam”

28 Okt, 2022
13:33
1186

Mikayıl Cabbarov: “Rəqabət Məcəlləsinin tez qəbul edilməsinin tərəfdarıyam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şəxsən mən Rəqabət Məcəlləsinin mümkün qədər tez qəbul olunmasının tərəfdarıyam”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Bu sənəd qüvvədə olmadığı müddətdə isə mövcud qanunlar və səlahiyyətlərimiz çərçivəsində rəqabəti təmin etməliyik”, - deyə o, qeyd edib.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Rəqabət Məcəlləsini Nazirlər Kabinetinə təqdim edib. Məcəllə qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir. Layihədə həmçinin, bazarda hökmran mövqe və bu mövqedən sui-istifadə hallarının təfərrüatlı izahı, haqsız rəqabət və onun formaları da əksini tapıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri