Noy
2022
11:54
17
68
1355
Virtual karabakh

Azərbaycanda televiziya reklamı bazarının illik dövriyyəsi açıqlanıb

4 Noy, 2022
11:54
1355

Azərbaycanda televiziya reklamı bazarının illik dövriyyəsi açıqlanıb

“Azərbaycan televiziya reklamı bazarının illik dövriyyəsi 7 ildir 45 milyon manatı keçmir”.

“Report” xəbər verir ki, bunu “Rəqəmsal və audiovizual yayım sənayesi” İctimai Birliyinin reklamçılar komitəsinin sədri Zaur İsmayılov Bakıda “Audiovizual mühitdə reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda bildirib.

“Bazarın reytinq dəyəri 1,6 milyon manat, orta reytinq qiyməti isə 28 manatdır. Bazarın böyüməsi üçün ümumi reytinq dəyəri və orta reytinq qiyməti artmalıdır. Ancaq hər iki hal özlüyündə ümumi maliyyə artımı, yəni maliyyə vəsaiti tələb edir. Bu mənada hazırda TV reklam bazarı üçün pat halı müşahidə edilir və bazarın öz dinamikası ilə bundan çıxması qeyri-mümkün görünür”, - deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri