16 
Noy
2022
09:46
112
43
926
Virtual karabakh

Dünya Bankının eksperti: “Azərbaycanda investisiya üçün yaxşı imkanlar var”

16 Noy, 2022
09:46
926

Dünya Bankının eksperti: “Azərbaycanda investisiya üçün yaxşı imkanlar var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya Bankının ilkin mərhələdə maliyyələşdirmə və özəl sərmayələr üzrə eksperti Patrik Makginnis Azərbaycanda səfərdədir.

Oxu.Az bildirir ki, Makginnis mətbuat nümayəndələri üçün brifinq keçirib.

Makginnis Azərbaycanın inkişafında neft amilinin mühüm yer tutduğuna diqqət çəkib və deyib ki, ölkədə həm investorlar, həm də iş adamları normal fəaliyyət göstərirlər.

“Azərbaycanda neft-qaz, kənd təsərrüfatı, texnologiya, eləcə də digər sahələrə investisiya qoyulması üçün yaxşı imkanlar var. Biz informasiya texnologiyalarına maraq göstəririk, çünki bu, regionda ən maraqlı istiqamətlərdən biridir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Patrik Makginnis erkən və inkişaf mərhələsində olan şirkətlərin investorudur.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri