25 
Noy
2022
11:16
61
24
1810
Virtual karabakh

“SOCAR Petroleum”da nəzarət tədbirlərinə start verilib

25 Noy, 2022
11:16
1810

“SOCAR Petroleum”da nəzarət tədbirlərinə start verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “SOCAR Petroleum” QSC-nin müraciəti əsasında istehlakçı hüquqlarının müdafiəsinin təmin olunması, məhsul və xidmətlərin təqdim edilməsi zamanı keyfiyyət tələblərinə riayət olunması məqsədilə ölkə ərazisində satılan yanacağın keyfiyyət və həcm normativlərinə əməl edilməsi üzrə nəzarət tədbirlərinə başlayıb.

Bu barədə Dövlət Xidmətinin məlumatında bildirilib.

Məlumata görə, qurumun tabeliyindəki Azərbaycan Metrologiya İnstitutu və Azərbaycan Standartlaşdırma İnstitutu səhmdar cəmiyyətinə məxsus neft terminallarında və yanacaqdoldurma məntəqələrində (YDM) yanacağın keyfiyyəti və buraxılış həcmləri üzrə yoxlama tədbirləri həyata keçirəcək.

Bu çərçivədə saxlanma və daşınma da daxil olmaqla, satış zəncirində yanacağın keyfiyyətinin müəyyən edilmiş normativlərə uyğunluğunun müəyyənləşdirilməsi, həmçinin YDM-lərdə satış zamanı istismar olunan ölçmə vasitələrinin metroloji yoxlanılması və digər müvafiq fəaliyyətlərin icra olunması planlaşdırılır.

İstehlakçı hüquqlarının qorunmasına xidmət edən bu tədbirlər yanacağın istehsalı və ya idxalı prosesindən başlayaraq istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələləri əhatə edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri