30 
Noy
2022
15:48
315
27
1489
Virtual karabakh

Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi planlaşdırılır - VİDEO

30 Noy, 2022
15:48
1489

Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi planlaşdırılır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Brüssel tərəfdaşları ilə birlikdə Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək, sonra onları Ukraynanın bərpasına ötürmək və Rusiya müharibəsinin vurduğu ziyanı kompensasiya etmək üçün plan hazırlayacaq”.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib:

“Rusiya törətdiyi dağıntılara görə maliyyə xərcini ödəməlidir. Ukraynaya dəymiş itkilər 600 milyard avro qiymətləndirilir. Rusiya və onun oliqarxları Ukraynanın itkilərini kompensasiya etməli və ölkənin bərpası xərclərini ödəməlidirlər. Bizim bunu etmək üçün imkanlarımız var. Rusiya ödəyir. Biz Rusiya Mərkəzi Bankının 300 milyard avro ehtiyatını blokladıq və rus oliqarxlarının 19 milyard avro pulunu dondurduq”.

O qeyd edib ki, qısa müddətdə Avropa İttifaqı tərəfdaşları ilə birlikdə bu vəsaitlərin idarə edilməsi və investisiyası üçün qurum yarada bilər.

“O zaman biz Ukrayna üçün alınan vəsaitdən istifadə edərdik. Və sanksiyalar ləğv edildikdən sonra bu vəsait Ukraynaya dəymiş zərərin tam ödənilməsi üçün istifadə olunmalıdır”, - Avropa Komissiyasının sədri bildirib.

O əlavə edib ki, Aİ bunu hüquqi yolla mümkün etmək üçün tərəfdaşlarla beynəlxalq müqavilə üzərində işləyəcək.

Fon der Lyayen həmçinin bildirib ki, Aİ Rusiyanın təcavüz cinayətini araşdırmaq və mühakimə etmək üçün BMT-nin dəstəyi ilə ixtisaslaşmış məhkəmənin yaradılmasını təklif edir.

Mənbə: Yevropeyskaya Pravda

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri