Dek
2022
11:28
25
166
4073
Virtual karabakh

Milli Məclis gələn ilin yaşayış minimumu və ehtiyac meyarına “HƏ” dedi

9 Dek, 2022
11:28
4073

Milli Məclis gələn ilin yaşayış minimumu və ehtiyac meyarına “HƏ” dedi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin iclasında “Azərbaycanda “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Oxu.Az-ın məlumatına əsasən, layihələr səsə qoyularaq qəbul olunub.

2023-cü il üçün ehtiyac meyarının məbləği cari ildəkinə nisbətən 23 faiz və ya 46 manat artırılaraq, 246 manat məbləğində nəzərdə tutulub

Bu o deməkdir ki, növbəti ildə yaşayış minimumu ilə ehtiyac meyarının məbləğləri ilk dəfə olaraq bərabərləşdiriləcək və hər ikisi 246 manat təşkil edəcək.

Azərbaycan hökuməti və parlamenti bunu sosial-iqtisadi sahədə aparılan islahatların uğurlu nəticəsi kimi xarakterizə edir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri