28 
Dek
2022
12:04
135
48
3201
Virtual karabakh

Mikayıl Cabbarov Naxçıvanla bağlı hədəfləri AÇIQLADI

28 Dek, 2022
12:04
3201

Mikayıl Cabbarov Naxçıvanla bağlı hədəfləri AÇIQLADI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyi 2023-cü ildə Naxçıvan Muxtar Respublikasındakı Prezidentin səlahiyyətli nümayəndəliyi ilə birgə digər dövlət qurumlarının və sahibkarların iştirakı ilə Naxçıvanda böyük tədbir keçirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayaq” mükafatının təqdimat mərasimində deyib.

“Hədəfimiz Naxçıvanda reallaşdıra bilmədiyimiz iqtisadi potensialı, insan potensialını istifadə etməkdir”, - nazir qeyd edib.

M. Cabbarov Naxçıvanda iqtisadi fəaliyyətlə məşğul olan və biznes qurmaq istəyən bütün sahibkarları görüşə dəvət edib.

Həmçinin nazir qeyd edib ki, qardaş Türkiyə ilə olan iqtisadi münasibətlərin inkişafı üçün Azərbaycanın aidiyyətı dövlət orqanları ilə sahibkarlar arasında səmərəli diskussiya aparılmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri