30 
Dek
2022
11:58
108
8
3737
Virtual karabakh

Metronun “Xocəsən” stansiyasında gündəlik daşınan sərnişin sayı açıqlanıb

30 Dek, 2022
11:58
3737

Metronun “Xocəsən” stansiyasında gündəlik daşınan sərnişin sayı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı metrosunun “Xocəsən-Avtovağzal” istiqamətində gündəlik orta hesabla 1 500-2 000 sərnişin daşınır.

Bunu “Report”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, bu istiqamətdə sərnişindaşıma üzrə dekabrın 27-də rekord göstərici qeydə alınıb:

“Xocəsən-Avtovağzal” istiqamətində dekabrın 27-də ilk dəfə 2 500 sərnişin daşınıb. Biz hesab edirik ki, mövcud interval, qatarların 7 vaqondan ibarət olması və başqa bir sıra xüsusiyyətlər sərnişindaşıma potensialının bir neçə dəfə çox olduğunu göstərir”.

Metro sözçüsü qatarlar arasındakı intervalın ilk vaxtlar 19 dəqiqəyə qədər yüksələ biləcəyini də açıqlayıb:

“Xocəsən” stansiyası elektrik deposunun ərazisində yerləşdiyindən orada hərəkətin təşkili ilə bağlı xüsusi hazırlıqlar, qrafiklər var. Çünki deponun ərazisində bizim adət etdiyimiz ənənəvi sürətlər olmur, daha aşağı sürətlər olur.

Hazırda gündəlik iş rejimi şəraitində müxtəlif nəzarət mexanizmləri tətbiq olunur. Ümumən xəttin sərnişindaşıma yükü, “Xocəsən” stansiyasının proqnozlaşdırılan sərnişindaşıması da nəzərə alınmaqla, “Xocəsən-Avtovağzal” sahəsində interval 16 dəqiqə, xəttin daxilində, yəni “Avtovağzal-8 Noyabr” istiqamətində isə 8 dəqiqəlik interval var”.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 23-də “Bakı Metropoliteni” QSC-nin sayca 27-ci stansiyası olan “Xocəsən”in və eyniadlı elektrik deposunun açılışını edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri