26 
Yan
2023
11:02
173
32
1746
Virtual karabakh

“Akademik Xoşbəxt Yusifzadə” tankeri ilk səfərini reallaşdırıb

26 Yan, 2023
11:02
1746

“Akademik Xoşbəxt Yusifzadə” tankeri ilk səfərini reallaşdırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-də tikilmiş və ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilmiş “Akademik Xoşbəxt Yusifzadə” tankerinin ilk səfəri Türkmənistanın Kianlı limanına olub.

Bu barədə Oxu.Az-a ASCO-dan məlumat verilib.

Məlumata görə, tanker buradan qəbul etdiyi xam nefti Səngəçal Dəniz Limanına çatdırıb.

Uzunluğu 141, eni 16,9 metr olan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin yükgötürmə qabiliyyəti 7800 tondur. Gəminin heyəti 15 nəfərdən ibarətdir.

Tankerin inşasına 2019-cu ilin avqustunda başlanılıb. Gəmidə “Wärtsilä Finland Oy” (Finlandiya), “Wartsila Svanehoy A/S” (Norveç), “Carrier” (ABŞ), “Gürdesan Gemi Mak.San” və “Tic. A.Ş.” (Türkiyə), “Tranzas” (Norveç), “Alfa-Laval” (İsveç) kimi tanınmış istehsalçıların avadanlıqları quraşdırılıb.

Yeni tanker Bakı gəmiqayırma zavodunda inşa olunan 4 tankerdən üçüncüsüdür. Bundan əvvəl istismara verilən “Laçın” (2019-cu il, dekabr) və “Kəlbəcər” (2021-ci il, sentyabr) neft tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” ilə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür. Gəminin suya oturumu ASCO-nun digər tankerləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Rusiyanın su kanalları ilə Xəzərdən kənara yük daşımağa imkan yaradır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri