26 
Yan
2023
15:24
138
7
1451
Virtual karabakh

Azərbaycanda pivot suvarma tətbiq olunan torpaqların sahəsi dörd dəfə artırılacaq

26 Yan, 2023
15:24
1451

Azərbaycanda pivot suvarma tətbiq olunan torpaqların sahəsi dörd dəfə artırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan hökuməti ölkədə pivot suvarma sisteminin tətbiq olunduğu torpaqların sahəsinin təxminən dörd dəfə artırılmasını planlaşdırır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib.

“Nazirlik dünyadakı geosiyasi vəziyyət və qlobal iqlim dəyişmələri fonunda ərzaq məhsullarının bahalaşmasını nəzərə alaraq lazımi işlər görür. Prezident ərzaqlıq buğda istehsalının stimullaşdırılmasına dair fərman imzalayıb. Bizim də əsas asılılığımız buğda ilə bağlıdır. Pivot suvarma tətbiq edən fermerlər nazirliklə müqavilə bağlayıb ərzaqlıq buğda istehsal etdiyi təqdirdə onun hər tonuna 100 manat əlavə məhsul subsidiyası əldə edəcəklər. Bu, ciddi təşviqdir və buna maraq var. 

Birinci mərhələdə 23 500 hektar ərazi müəyyənləşdirərək Nazirlər Kabinetinə təqdim etmişik. Bu gün ölkəmizdə 56 min hektarda pivot suvarma sistemi tətbiq olunur. Bu, su qıtlığı yaşayan ölkə kimi bizim üçün çox vacibdir. Beş il ərzində 56 min hektarın 200 minə çatdırılması hədəflənir. Ciddi rəqəmdir və maliyyə yükü deməkdir. Həmin fərman çərçivəsində dövlətin investisiya təşviqi bir milyard manatdan çoxdur. Düşünürük ki, bu, kənd təsərrüfatının inkişafına töhfə verəcək", - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri