3 
Fev
2023
19:00
87
33
734
yuxarı
Kadri Simson: “Azərbaycanın qaz təchizatının həcmini iki dəfəyə qədər artırmasını gözləyirik”
3 Fev, 2023
19:00
734
87
33
Kadri Simson: “Azərbaycanın qaz təchizatının həcmini iki dəfəyə qədər artırmasını gözləyirik”
“Qarşıdakı müddətdə Azərbaycanın qaz təchizatının həcmini iki dəfəyə qədər artırmasını gözləyirik”.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair keçirilən brifinqdə deyib.
K.Simson bildirib ki, biz düşünürük ki bunu etmək çox da çətin deyil:
“Bu texniki baxımdan çətin deyil. Çünki biri var yeni kəmər çəkəsən, biri də var ki, mövcud kəmərin imkanlarını daha da genişləndirəsən. Hesab edirəm ki, Azərbaycan bunu bacaracaq”.