27 
Fev
2023
17:06
97
37
1574
Virtual karabakh

Milçəklərdən gələn fayda: Hacıqabulda tullantılardan gübrə istehsal olunacaq - FOTO

27 Fev, 2023
17:06
1574

Milçəklərdən gələn fayda: Hacıqabulda tullantılardan gübrə istehsal olunacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində tullantılardan zülal və üzvi gübrə istehsal edən “Provive” MMC fəaliyyətə başlayıb.

Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, İZİA idarə heyətinin sədri Elşad Nuriyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov müəssisənin fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, müəssisədə innovativ texnologiyaya əsaslanaraq “Black soldier fly” milçəyinin sürfələrindən istifadə olunmaqla qida tullantılarından zülal (heyvan mənşəli) və “Zoohumus” üzvi gübrəsi istehsal olunacaq. Bu, tullantıların atılmasının qarşısını almaqla onlara ikinci həyat verəcək, atmosferə atılan zərərli tullantıların miqdarını azaldacaq ki, nəticədə ekoloji təmiz, təbii və proteinlə zəngin məhsullar əldə olunacaq.

İnvestisiya həcmi 2,3 milyon manata yaxın olan müəssisədə 20-yə yaxın daimi iş yeri yaradılacaq. Hazırda müəssisənin aylıq istehsal gücü 15 tondur və yaxın vaxtlarda bu həcmin 30 tona çatdırılması planlaşdırılır. Müəssisə bir hektar ərazidə fəaliyyət göstərir. “Provive” MMC-yə 2020-ci ilin fevralında Hacıqabul Sənaye Məhəlləsində rezidentlik statusu verilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri