15 
Mar
2023
11:32
106
7
1048
Virtual karabakh

Səudiyyə Ərəbistanı tavan qiymət tətbiq edən ölkələrə neft satışını dayandıracaq

15 Mar, 2023
11:32
1048

Səudiyyə Ərəbistanı tavan qiymət tətbiq edən ölkələrə neft satışını dayandıracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanı ona qarşı neft sanksiyaları tətbiq edəcəkləri təqdirdə, tavan qiymət qəbulunu dəstəkləyən ölkələrə enerji satmayacaq.

Bunu Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Al Səud deyib.

Onun fikrincə, neftin qiymətinin məhdudlaşdırılması siyasəti bazarlarda volatilliyə səbəb olur və sənayenin inkişafını ləngidir.

“Əgər Səudiyyə Ərəbistanının neftinin ixracına məhdudiyyətlər qoyularsa, biz tədarükümüzə tavan qiymət tətbiq edən heç bir ölkəyə neft satmayacağıq və neft hasilatını azaldacağıq. Başqaları da belə etsə, təəccüblənmərəm”, - səudiyyəli nazir deyib.

Onun fikrincə, enerji qiymətlərini məhdudlaşdıran sanksiyalar qlobal neft sənayesinə sərmayə qoyuluşuna xələl gətirə və qlobal təklifin tələbdən xeyli geri qalmasına səbəb ola bilər.

Mənbə: Energy Intelligence

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri