15 
Mar
2023
11:12
9
50
1470
Virtual karabakh

İstehlakçı hüquqları: Alınan malda qüsur aşkarlandıqda nələri tələb etmək olar? - VİDEO

15 Mar, 2023
11:12
1470

İstehlakçı hüquqları: Alınan malda qüsur aşkarlandıqda nələri tələb etmək olar? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstehlakçı aldığı malda qüsur aşkar etdikdə müəyyən hüquqlarının təmin olunmasını tələb edə bilər.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti videoçarx hazırlayıb.

Bildirilib ki, istehlakçı aldığı malın zəmanət müddəti ərzində malda hər hansı qüsur aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan həmin məhsulu lazımi keyfiyyətli digər mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının satıcının və ya istehsalçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın həmin mala uyğun digər modelli, markalı, tipli və s. mal ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini və ya müqavilənin ləğv edilməsini və çəkdiyin zərərin ödənilməsini tələb etmək hüququna malikdir.

Satıcı və ya icraçı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qeyd edilən tələblərini yerinə yetirməyə borcludur.

Ətraflı videoçarxda:

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri