16 
Mar
2023
18:12
218
50
1043
Virtual karabakh

KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb - FOTO

16 Mar, 2023
18:12
1043

KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə başlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 3-cü qrant müsabiqəsi üzrə qalib layihələrin maliyyələşdirilməsinə başlanılıb.

Layihələr müxtəlif sahələr üzrə onlayn platformaların və qurğuların hazırlanması, qadın sahibkarlığının inkişafı, KOB-ların faydalanması üçün tədqiqat işlərinin aparılması istiqamətlərini əhatə edir. Qalib layihələrin hər biri maksimum 20 min manat həcmində maliyyələşdiriləcək. 

Martın 16-da KOBİA-nın təşkilatçılığı ilə “Bakı KOB evi”ndə müsabiqə qalibləri ilə görüş keçirilib, onlarla layihələrinin maliyyələşdirilməsinə dair müqavilələr imzalanıb.  

Üçüncü qrant müsabiqəsinin qaliblərini təbrik edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müsabiqənin KOB-ların layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə keçirildiyini və müsabiqəyə 234 layihənin təqdim olunduğunu bildirib. Qeyd olunub ki, müxtəlif qurumların nümayəndələrinin təmsil olunduğu Ekspert Komissiyasının kollegial qərarına uyğun olaraq 13 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Bu layihələrin maliyyələşdirilməsinə təqribən 260 min manat vəsaitin ayrılması nəzərdə tutulur. Müvafiq vəsait yaxın günlərdə qalib KOB-ların bank hesablarına köçürüləcək. Birinci və ikinci qrant müsabiqələrində isə 26 KOB subyektinin layihəsi təqribən 500 min manat məbləğində maliyyələşdirilib. 

Orxan Məmmədov qeyd edib ki, agentlik maliyyələşdirilmiş layihələrin davamlı və KOB-lar üçün faydalı olmasında maraqlıdır. KOBİA tərəfindən layihələrin icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarət olunur. Şəffaflığın və hesabatlığın təmin edilməsi məqsədilə monitorinqlər aparılır və layihələrin icrası prosesi barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. 

Tədbir çərçivəsində həmçinin, ikinci qrant müsabiqəsi çərçivəsində layihələri maliyyələşdirilmiş sahibkarların məhsul və xidmətlərindən ibarət kiçik sərgi təşkil olunub. 

Qeyd: Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 3-cü qrant müsabiqəsinə sənəd qəbulu 15 noyabr - 14 dekabr 2022-ci il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 16 dekabr 2022-ci il - 10 fevral 2023-cü tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı müvafiq meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri