17 
Mar
2023
11:04
84
10
623
Virtual karabakh

Agentlik: Azərbaycanın “yaşıl enerji” potensialı 200 giqavat həcmində qiymətləndirilir

17 Mar, 2023
11:04
623

Agentlik: Azərbaycanın “yaşıl enerji” potensialı 200 giqavat həcmində qiymətləndirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın “yaşıl enerji” potensialı 200 giqavat həcmində qiymətləndirilir.

APA xəbər verir ki, bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Yaşıl hidrogen - dekarbonizasiyaya gedən yol” mövzusunda keçirilən seminar zamanı bildirib.

Onun sözlərinə görə, qeyd olunan potensialın 157 giqavatı dənizdə, 30 giqavatı quruda, 10 giqavatı isə işğaldan azad olunmuş ərazilərdə olan “yaşıl enerji” imkanlarının payına düşür.

Bundan əlavə, hazırda Naxçıvanda da “yaşıl enerji”nin imkanlarının inkişafı istiqamətində intensiv işlər görülür.

Cavid Abdullayev onu da əlavə edib ki, hazırda Azərbaycanın enerji sisteminin qoyuluş gücü 8 giqavatı aşmır və “yaşıl enerji” potensialının istifadəsi bu imkanları artırmağa imkan verəcək.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri