17 
Mar
2023
11:54
208
33
1932
Virtual karabakh

Azərbaycanda bu il “Avro-5” standartında dizel və benzin istehsalı nəzərdə tutulur

17 Mar, 2023
11:54
1932

Azərbaycanda bu il “Avro-5” standartında dizel və benzin istehsalı nəzərdə tutulur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilən yenidənqurma və modernləşdirmə layihəsi çərçivəsində nəzərdə tutulan yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Yenidənqurma və modernləşdirmə layihəsinin məqsədi yüksək keyfiyyətli məhsul istehsalı ilə bərabər ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsidir. 

“2022-ci ilin sonuna yeni qurğuların tikintisi 93%, modernləşdiriləcək qurğuların tikintisi isə 99% yerinə yetirilib. Layihə çərçivəsində “Avro-5” standartlarına uyğun dizel və benzin yanacaqlarının 2023-cü ildə istehsalı nəzərdə tutulub”, - deyə hesabatda bildirilib. 

Qeyd edək ki, hesabatı Milli Məclisdə Baş nazir Əli Əsədov təqdim edir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri