17 
Mar
2023
12:48
38
129
1605
Virtual karabakh

Komitə sədrindən su ilə bağlı təklif: “İçməli su ilə suvarma suyu fərqli qiymətdə olmalıdır”

17 Mar, 2023
12:48
1605

Komitə sədrindən su ilə bağlı təklif: “İçməli su ilə suvarma suyu fərqli qiymətdə olmalıdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda sudan istifadədə itki yüksək olaraq qalır. Suya qənaət və mövcud su ehtiyatlarından səmərəli istifadə zəruridir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

O qeyd edib ki, Səhiyyə Nazirliyindən alınan məlumata əsasən, 26 rayondan 402 su nümunəsi götürülüb.

Deputat bildirib ki, su probleminin həlli ilə bağlı ciddi islahatlar aparılmalıdır.

“Təklifimiz budur ki, əhaliyə içməli su bir qiymətə, suvarma üçün su isə başqa qiymətə satılsın. Bu da sudan istifadənin səmərəliliyinin artırılmasına şərait yaradacaq.

Hesab edirik ki, Gürcüstan və Türkiyə ilə Kürdən istifadəyə dair əməkdaşlıq edilməli və ortaq işlər görülməlidir”, - deyə Sadiq Qurbanov bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri