20 
Apr
2015
13:36
77
31
5047
Virtual karabakh

Norveç təyyarəsi Bakıda məcburi eniş etdi - YENİLƏNİB

20 Apr, 2015
13:36
5047

Norveç təyyarəsi Bakıda məcburi eniş etdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərnişinlərdən biri vəfat etdi.

Bir neçə gün əvvəl Bakıda qəza enişi edən təyyarədə halı pisləşən şəxs vəfat edib. 

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Banqkok-Kopenhagen marşrutu ilə hərəkət edən sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb və hava gəmisinin qəza enişi edəcəyi ilə bağlı elan verilib. 

Bu zaman təyyarədə olan sərnişinlərdən Danimarka vətəndaşı, 73 yaşlı Leseen Elonun halı pisləşib. 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilən əcnəbi ölkə vətəndaşı aprelin 20-nə keçən gecə reanimasiya şöbəsində vəfat edib.
 
L.Elonun vəfatı xəbərini xəstəxanadan Lent.az-a təsdiqləyiblər.  
 
Qeyd edək ki,Bakıda qəza enişi edən təyyarənin göyərtəsində 47 sərnişin və 7 ekipaj üzvü olub.
 
Qəza enişi zamanı xəsarət alan olmayıb.

12:05

Ötən gün Norveç aviaşirkətinə məxsus Banqkok-Kopenhagen aviareysi üzrə uçan təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli “APA-Econonmics”ə açıqlamasında bildirib.
 
M. Səfərlinin sözlərinə görə, həmin an təyyarənin göyərtəsində 288 sərnişin olub.
 
“Təyyarədə olan bir sərnişinin vəziyyəti kəskin pisləşdiyindən təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib. Məcburi eniş 16:02-də baş verib və təcili olaraq həmin xətdə olan 57 yaşlı Danimarka vətəndaşı Alen Lasten və onunla yanaşı digər sərnişin reysdən çıxarılıb”, - deyə M. Səfərli bildirib.
 
Xidmət rəisi əlavə edib ki, vəziyyəti pisləşən sərnişinlər 3 saylı Sabunçu şəhər xəstəxanasına ürək çatışmazlığı diaqnozu ilə yerləşdiriliblər.
 
Onun sözlərinə görə, məcburi eniş edən təyyarəyə AZAL tərəfindən bütün yerüstü xidmətlər göstərilib və təyyarə 17:37-də Kopenhangen istiqamətinə uçuşa başlayıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri