İyn
2023
17:04
131
17
984
Virtual karabakh

Azərbaycanda ilk dəfə olaraq dibdərinləşdirən gəmi istehsal ediləcək - FOTO

1 İyn, 2023
17:04
984

Azərbaycanda ilk dəfə olaraq dibdərinləşdirən gəmi istehsal ediləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda gəmi istehsalının genişləndirilməsi sahəsində Niderland şirkəti ilə saziş imzalanıb.

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Niderlandın “Damen Shipyards Gorinchem B.V” şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb.

Sənədin icrası ilə “Bakı Gəmiqayırma Zavodu”nda “Damen” şirkəti ilə birgə ilk dəfə dibdərinləşdirən gəmi istehsal olunacaq və bu qurğu Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində limanlarda yaranan maneələrin aradan qaldırılması üçün əhəmiyyətli olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri