20 
May
2015
17:20
16
63
909
Virtual karabakh

Azərbaycan Türkiyədən quş ətinin idxalına olan qadağanı aradan qaldırdı?

20 May, 2015
17:20
909

Azərbaycan Türkiyədən quş ətinin idxalına olan qadağanı aradan qaldırdı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Xidməti məsələyə aydınlıq gətirdi.

Türkiyənin bəzi bölgələrindən quş əti və məhsulları idxalını dayandıran Azərbaycan artıq bu qadağanı aradan qaldırıb.

Oxu.Az xəbər verir ki, “APA-Economics”in verdiyi məlumata görə, bunu “Anadolu” agentliyinə İzmir Yumurta İstehsalçıları Birliyinin başçısı Bedri Girit bildirib.
 
“Artıq Azərbaycan tərəfinin qoyduğu qadağa aradan qaldırılıb”, - deyə o qeyd edib.
 
Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Yolçu Xanvəli bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib.
 
“Türkiyənin quş qripi qeydə alınan 3 ərazisində, o cümlədən həmin ərazilərə yaxın bölgələr də daxil olmaqla 12 bölgəyə tətbiq olunan qadağalar qalır. Quş qripi qeydə alınmayan bölgələrdə Türkiyə Dövlət Baytarlıq Xidmətinin zəmanəti əsasında idxala icazə veririk. Qadağa tam karantin götürüləndən və 1 il ondan sonrakı müddəti əhatə edəcək”, - deyə Y. Xanvəli bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri