13 
İyn
2015
10:43
104
15
1624
Virtual karabakh

Azərbaycan qızıl istehsalını artırdı

13 İyn, 2015
10:43
1624

Azərbaycan qızıl istehsalını artırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazır məhsul ehtiyatı isə 82,8 kiloqramdır”.

2015-ci ilin ilk beş ayı ərzində Azərbaycanda (yanvar-may) 902,9 kq qızıl hasil edilib. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 34,4% çoxdur. 

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Komitənin məlumatına görə, müvafiq dövrdə 34,9 kq gümüş hasil edilib ki, bu da 2014-cü ilin ilk beş ayının göstəriciləri ilə müqayisədə 79,8% azdır. 

Qeyd edək ki, iyunun 1-nə olan məlumata görə, hazır qızıl ehtiyatı 82,8 kq, gümüş ehtiyatı isə 5,2 kq təşkil edir. 

Xatırladaq ki, Azərbaycanda ilk qızıl Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (AİMK) tərəfindən 2009-cu ildə Gədəbəy yatağında hasil olunub. 

Məlumat üçün bildirək ki, AİMK şirkəti Gədəbəy yatağındakı faydalı qazıntıların artırılması, ehtiyatların sübut olunması və nəticədə 2015-ci ilədək 300 min unsiyadan çox qızılın hasil edilməsi planlaşdırılan Gədəbəy yatağının istismar müddətinin uzadılması üçün müəyyən kəşfiyyat strategiyasını icra edib.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri