Yan
2024
14:36
83
18
1024
Virtual karabakh

Azərbaycan 2024-cü il üçün prioritet XBİ istiqamətləri arasında ilk onluqdadır - FOTO

5 Yan, 2024
14:36
1024

Azərbaycan 2024-cü il üçün prioritet XBİ istiqamətləri arasında ilk onluqdadır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan 2024-cü ilə mühüm investisiya sürətiylə daxil olub və 2024-cü il üçün prioritet Xarici Birbaşa İnvestisiya (XBİ) istiqamətləri siyahısında yeddinci yeri tutur”.

Bu barədə “FDI Intelligence” məlumat yayıb.

“Foreign direct investment (FDI) Standouts Watchlist”in illik araşdırmasına əsasən, ölkənin güclü makroiqtisadi göstəriciləri Azərbaycanın dünyada aparıcı XBİ istiqamətlərindən birinə çevrilməsində əsas rol oynayıb.

XBİ tərəfindən aparılan araşdırma dünyanın 50 ən böyük XBİ istiqamətlərinin makroiqtisadi göstəricilərini və XBİ trayektoriyalarını qiymətləndirir. Tədqiqat Beynəlxalq Valyuta Fondunun (BVF) və “Financial Times” nəşrinin “FDI Markets” adlı transsərhəd investisiya monitorinqinin məlumatlarından istifadə edir. Bu hərtərəfli təhlilin məqsədi yeni təqvim ilinə güclü makroiqtisadi əsaslarla və təsirli XBİ artım templəri ilə başlayan ölkələri müəyyən etməkdir.

Qeyd edək ki, BVF 2024-cü ildə Azərbaycanın real ümumi daxili məhsulunun (ÜDM) artımını 2,5% səviyyəsində proqnozlaşdırır.

Siyahının lideri 2024-cü ildə yüksək investisiya artım templərini qoruyacaq Kambocadır. Kamboca güclü iqtisadi artım tempi, 2024-cü ildə gözlənilən ÜDM-in 6,1% artımı və Çin və Cənubi Koreya ilə uğurlu ticarət əlaqələri sayəsində siyahıya başçılıq edib.

Qeyd edək ki, “FDI Intelligence” tərəfindən tərtib edilən 2024-cü il üçün yuxarıda qeyd olunan reytinqdə Azərbaycanın Xəzər regionunda qonşusu Qazaxıstan altıncı yeri tutub.

Öz növbəsində ilk 10 ölkəyə Azərbaycan, Qazaxıstan və Kambocadan başqa Filippin, Keniya, İraq, Namibiya, Mərakeş, Serbiya və Hindistan daxil olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri