16 
İyl
2015
13:38
45
30
2073
Virtual karabakh

Azərbaycanda sahibkar qadınların sayı açıqlandı

16 İyl, 2015
13:38
2073

Azərbaycanda sahibkar qadınların sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kişilərin sayı qadınlardan çoxdur.

2015-ci ilin iyunun 1-nə olan məlumata görə, Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 551 mindən (daha dəqiq 551 724) çox olub. 

Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. 

Komitənin məlumatına görə, hesabat dövründə fərdi sahibkarların çox hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (35,9%), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (17,2%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (13,7%) və “Nəqliyyat və anbar təsərrüfatı” (12,8%) bölmələrində qeydiyyatdan keçib. 

Bundan əlavə, sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (34%), Aran (19,8%), Gəncə-Qazax (12,7%) və Lənkəran (7,5%) iqtisadi rayonlarında qeydiyyata alınıb. 

Sahibkarlıqla məşğul olan fərdi sahibkarların 80,6%-ni və ya 444, 534 nəfərini kişilər, 19,4%-ni və ya 107, 190 nəfərini isə qadınlar təşkil edib. 

Sahibkar qadınların 38,8%-i Bakıda, 16,4%-i Aran, 15,1%-i Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə bölgüsündən aydın olur ki, Bakıda (22,2%), habelə Gəncə-Qazax (23,1%) və Şəki-Zaqatala (20,9%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri