18 
Mar
2024
15:16
140
21
1325
Virtual karabakh

İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO

18 Mar, 2024
15:16
1325

İraq prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu, SOCAR-ın prezidenti Rövşən Nəcəfi və Azərbaycanın İraqdakı fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədovu qəbul edib.

İqtisadiyyat Nazirliyindən verilən xəbərə görə, qəbulda Azərbaycan və İraq arasında əlaqələrin dövlət başçılarının müəyyənləşdirdiyi istiqamətlər üzrə genişləndiyi vurğulanıb.

Görüşdə Azərbaycan-İraq tərəfdaşlığının yüksələn xətlə inkişaf etməsindən məmnunluq bildirilib, iki ölkə arasında iqtisadi potensialın reallaşdırılması imkanları nəzərdən keçirilib.  İqtisadi-ticari, enerji, qeyri-neft-qaz, turizm və digər sahələrdə daha səmərəli əməkdaşlıq üçün hər iki tərəfin potensialının olduğu qeyd edilib. Azərbaycan nümayəndə heyətinin səfəri zamanı müzakirə edilən məsələlərin ölkələr arasında effektiv işbirliyinə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

11:58

Azərbaycan və İraq arasında iki ölkənin iqtisadi potensialının reallaşdırılması imkanları müzakirə edilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“İraqa səfərimiz çərçivəsində həmkarlarla birlikdə Prezident Əbdüllətif Camal Rəşidin qəbulunda olduq. Azərbaycan və İraq arasında əlaqələrin dövlət başçılarının müəyyənləşdirdiyi istiqamətlər üzrə inkişaf etdiyi vurğulandı və mövcud iqtisadi potensialın reallaşdırılması imkanları nəzərdən keçirildi”, - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri