29 
Mar
2024
17:45
57
194
1675
Virtual karabakh

Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycanı MDB-nin tədbirində təmsil edib - YENİLƏNİB + FOTO

29 Mar, 2024
17:45
1675

Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycanı MDB-nin tədbirində təmsil edib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 101-ci iclası keçirilib.

APA-nın Moskva müxbiri xəbər ki, verir ki, iclasda ölkəmizi Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

İclas MDB İqtisadi Şurasının sədri, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilib.

Nümayəndə heyətlərinin rəhbərləri iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə ediblər. Gündəliyə kimya sənayesində əməkdaşlığın inkişafı, məhsul və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərə görə 2023-cü il MDB mükafatının verilməsi, qarşılıqlı ticarətdə maneələr, azad ticarət zonası və sair məsələlər üzrə danışıqların başlanmasının mümkünlüyü daxil edilib.

Tədbir iştirakçıları, həmçinin Regionlararası və Transsərhəd Əməkdaşlıq Şurasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

İclasda MDB orqanlarının maliyyələşdirilməsi, o cümlədən Birliyin iştirakçısı olan dövlətlərdə sığorta xidmətləri bazarının inkişafı, Müstəqil Dövlətlər Birliyinin 2030-cu ilə qədər olan dövr üçün İqtisadi İnkişaf Strategiyasının yerinə yetirilməsinə dair bir sıra məsələlərə baxılıb.

İqtisadi Şuranın növbəti iclasının 2024-cü il iyunun 21-də Moskvada keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Ermənistan tərəfi bu dəfə də MDB tədbirinə yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib. MDB İqtisadi Şurasının 101-ci iclasında rəsmi İrəvan Belarusdakı səfir Razmik Xumaryanı göndərib.

15:12

Bu gün Rusiyanın paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin İqtisadi Şurasının növbəti, 101-ci iclası keçirilir.

Azərbaycanı tədbirdə baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.

Rusiya tərəfindən isə hökumət sədrinin müavini Aleksey Overçuk iştirak edir.

İki gün davam edəcək tədbir “Avrasiya İqtisadi İttifaqı (Aİİ), Müstəqil Dövlətlər Birliyi (MDB), Şanxay Əməkdaşlıq təşkilatı məkanında dialoqdan birgə layihələrə” adlanır.

İqtisadi Şurasının növbəti iclası iyunun 21-də Moskvada keçiriləcək.

Mənbə: Moscow-baku.ru

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri