19 
Apr
2024
12:54
39
8
678
Virtual karabakh

Komitə sədri: “Hesablama Palatasının iki dəfədən artıq audit keçirdiyi obyektlərdə intizam nisbətən güclənib”

19 Apr, 2024
12:54
678

Komitə sədri: “Hesablama Palatasının iki dəfədən artıq audit keçirdiyi obyektlərdə intizam nisbətən güclənib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hesablama Palatası tərəfindən iki və daha çox sayda audit keçirilmiş obyektlərin 69,6%-də maliyyə intizamının nisbətən güclənməsi qeydə alınıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bugünkü iclasında Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

“Bu göstəricidən çıxış etsək, nəzarət tədbirlərinin həm maliyyə, həm də fəaliyyət baxımından əhatə dairəsinin davamlı olaraq genişlənməsi vacib hesab edilə bilər. Səmərəlilik auditinin fəaliyyət üzrə əhatə dairəsinin genişlənməsi bir çox maliyyə pozuntularının səbəblərinin erkən aradan qaldırılması üçün faydalıdır. Audit sahəsində aparılan araşdırmalar da göstərir ki, nöqsan və çatışmazlıqların erkən müəyyən edilməsi dəyən zərərin əhəmiyyətli hissəsinin qarşısının alınmasına imkan yarada bilir və bu daha səmərəli fəaliyyətdir”, - deyə T.Mirkişili qeyd edib.

Deputat bildirib ki, nəzarət tədbirlərinin planlaşdırılmasında Milli Məclis deputatlarının çıxışlarının da nəzərə alınması, nəzarət tədbirlərinin, əsasən, icra edilməsi və bu barədə audit nəticələrinin Milli Məclisə təqdim edilməsi və dərc edilməsi yaxşı nəticə hesab edilir.

Onun sözlərinə görə, maliyyə auditinin əhatə dairəsinin 8,6 milyard manata, uyğunluq auditinin əhatə dairəsinin isə 5,8 milyard manata yüksəlməsi müsbət haldır.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri