19 
Apr
2024
23:48
73
29
2326
Virtual karabakh

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO

19 Apr, 2024
23:48
2326

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alışı ucuz, satışı od bahasına. Satışla alış arasındakı fərq isə dodaq uçuqladır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir.

Satıcılar qızıldan fərqli olaraq brilyantın alışı ilə satışı arasında fərqin olduqca böyük olduğunu qeyd ediblər. 

Bildiriblər ki, brilyant dəstlərin qiyməti 1 200 manatdan başlayır və 20 min manatadək yüksəlir. 

Fantastik fərqi satıcılar müxtəlif cür izah edərək vurğulayıblar ki, qramı ölçülərkən brilyant qaşlar qızıldan ayrılır və onlara çox cüzi qiymət təyin edilir. Ona görə ki, hər üzük üçün xarakterik hazırlanan brilyant qaşların təkrar emalı müşkülə çevrilir.

Zinət əşyalarının dəstinin qiyməti istehsalçı firmaya və ölkəyə görə dəyişir. Bu da alış qiymətinə təsir elementlərindən hesab edilir.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri