23 
Apr
2024
15:08
145
8
1917
Virtual karabakh

“Türkiyə məhsullarının qiymətinin azalacağını gözləyə bilərik” - ŞƏRH + FOTO

23 Apr, 2024
15:08
1917

“Türkiyə məhsullarının qiymətinin azalacağını gözləyə bilərik” - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ilə Türkiyə arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni saziş təsdiq edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Bəs görəsən, bu sazişin təsdiqindən kim daha çox faydalanacaq? Onlayn alış-verişə də təsiri olacaqmı?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, ikiqat vergitutmanın ləğv edilməsi hər iki ölkənin ticari-iqtisadi əlaqələrinə müsbət təsir göstərəcək:

“Türkiyə bizim önəmli iqtisadi tərəfdaşımızdır. İxrac istiqamətində ikinci əsas tərəfdaşlarımızdan biri hesab olunur. Bu baxımdan da ticarət əlaqələrimiz ilbəil genişlənir. Bəzi məhsullara ikiqat vergitutmanın azaldılması hər iki ölkənin ixrac potensialını gücləndirəcək, sahibkarların imkanlarını genişləndirəcək”.

Ekspert qeyd edib ki, ikiqat vergitutmanın ləğv edilməsi Türkiyə məhsullarının Azərbaycanda qiymətinin artmasının qarşısını alacaq:

“Bu qərar ölkəmizin Türkiyəyə ixrac olunan məhsullarının rəqabətliliyini artıracaq. Ümumi nəticədə bu, hər iki ölkədə məhsulların ticarət dövriyyəsinin çoxalmasına, iqtisadi potensialın və sahibkarların fəaliyyətinin genişlənməsinə təkan verən addımdır.

Bundan öncə sahibkarlar həm öz ölkələrində, həm də Türkiyədə (və ya əksinə) vergi ödəyirdilər. Bu da öz növbəsində, ölkədə ixrac olunan məhsulların qiymətinə təsir göstərirdi. Belə müsbət addımdan sonra məhsulların qiymətinin sabitləşməsini, malların ucuzlaşmasını, ixracının və idxalının artmasını müşahidə edəcəyik”.

“İki ölkə arasında gömrük rüsumlarının diversifikasiyası və qarşılıqlı güzəştlər əvvəllər də nəzərdə tutulmuşdu. Bütün bunlar hamısı Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artmasına səbəb olur. Statistik rəqəmlər ötən il bu göstəricinin 11 faizdən çox olduğunu göstərir. Azərbaycanın 15 məhsulunun ixracatı səkkiz dəfə artıb. Bu güzəştlər bəzi ərzaq və qeyri-ərzaq məhsullarını özündə ehtiva edir”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri